Vaxt.Az

«Yahoo» heç kimdə sirr qoymayıb


 

Söhbət 1 milyard istifadəçinin məlumatlarından gedir

«Yahoo» heç kimdə sirr qoymayıb «The Independent» yazır ki, «Yahoo» şirkəti ondan istifadə edən bir nəfərin də sirlərini faş edilməmiş qoymayıb. 2013-cü ildə baş vermiş haker hücumunda 3 milyard istifadəçinin şəxsi məlumatları faş olub. Bu bütün Yer planeti əhalisinin yarısı deməkdir.

Başqa sözlərlə, «Yahoo» istifadəçilərindən bir nəfərin də sirləri hücumdan qorunmayıb.

«Yahoo» bundan əvvəl ona böyük haker hücumu olduğunu etiraf edərkən söhbətin 1 milyard istifadəçidən getdiyini bəyan etmişdi, lakin indi sirləri açılmış istifadəçilərin bundan üç dəfə çox olduğunu boynuna alıb.

Faş edilən sirlər adamların ən mühüm şəxsi məlumatları olub. Söhbət istifadəçi adlarından, parollardan, telefon nömrələrindən və doğum tarixlərindən gedir.

Ekspertlər istifadəçilərə məsləhət görürlər ki, onlar arxayın olub oturmasınlar və elə hesab etsinlər ki, onlara aid həssas informasiya bədxah adamların əlinə keçib.

«Yahoo»nun sahibi olan Verizon qrupu bildirib ki, 3 milyard istifadəçinin sirlərinin açıldığı barədə məlumat şirkətin xaricindəki mənbələrdən alınıb.

«The Independent» xatırladır ki, bu ilin əvvəllərində ABŞ Ədliyyə Nazirliyi «Yahoo»ya kiberhücum təşkil etmiş Rusiya hakerləri barəsində cinayət işi qaldırıb.

 





04.10.2017    çap et  çap et