Vaxt.Az

Qırıcılarımız Xankəndi üzərində manevr edib


 

Düşmən raketləri hazır vəziyyətə gətirməyə belə imkan tapmayıblar; Vurulan düşmən texnikasının növü məlum olub

Qırıcılarımız Xankəndi üzərində manevr edib Məlum olduğu kimi, bu gün Azərbaycan ordusunun qırıcıları cəbhə xətti boyunca uçuşlar ediblər. Düşmənə güc nümayişi kimi qəbul edilən bu manevrlər işə yarayıb.
Jam.az erməni mətbuatına istinadən xəbər verir ki, Azərbaycan qırıcıları təkcə cəbhə xətti üzərindən uçmayıblar. Onlardan ikisi Xankəndi üzərindən manevr edərək, geri dönüblər. Elə düşməni də bu qorxuya salıb. Belə ki, təyyarələrimizi Xankəndi səmasında görən düşmən nə edəcəyini bilməyib. Hətta “Havadan Müdafiə Qüvvələri”nin zabitləri raketləri döyüş hazırlığı vəziyyətinə gətirmək imkanı tapmayıblar. 
Erməni mətbuatının yazdığına görə, Azərbaycan təyyarələrinin manevrindən sonra Qarabağdakı “hökumət” təcili toplantı çağırıb. Vəziyyəti dəyərləndirmək üçün çağırıldığı bilinən toplantının əslində, başqa səbəbləri olduğu deyilir. Jam.az xəbər verir ki, “Jamanak” qəzeti ehtimal edir ki, bu Qarabağdakı erməni ordusunun hələ də lazımi səviyyədə hazır olmaması ilə bağlıdır. Hətta qəzet bir neçə generalın işdən çıxarıla biləcəyini də istisna etməyib. 
Bu əsnada jam.az-ın Tovuzdan aldığı məlumata görə, dünən Əlibəylidə baş verən əməliyyatlar zamanı düşmənin bir hərbi maşını sıradan çıxarılıb. Həmin hərbi texnika isə ZTR (BTR) olub. Rayon sakinlərinin dediyinə görə, erməni tərəfi BTR-lə cəbhə xəttinə yaxınlaşmaq istəyib və ordumuzun əsgərləri onu qumbaraatanla vurublar.
 





24.01.2014    çap et  çap et