Vaxt.Az

«Əsas məqsəd maraqların təminatıdır»


 

Elnur Məcidli: «Sonra heç nə olmamış kimi həyat davam edir»

«Əsas məqsəd maraqların təminatıdır» Hazırda Fransada yaşayan azərbaycanlı jurnalist-bloqqer Elnur Məcidli Azərbaycan hakimiyyətinə qarşı irəli sürülmüş 3 milyardlıq ittiham barədə mövqeyini açıqlayıb. Musavat.com xəbər verir ki, E.Məcidli bu xəbərin dünya mediasında tirajlanmasının səbəbsiz olmaması barədə ilginc tezislər paylaşıb.

Jurnalist-bloqqerin fikrincə, bir çox beynəlxalq və xarici QHT-lərin dünyanın inkişaf etmiş ölkələri tərəfindən öz maraqlarının təmini üçün 3-cü dünya ölkələrinə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu artıq heç kimə sirr deyil. E.Məcidli bildirib ki, son 24 ildə Azərbaycan hökumətinə qarşı dəfələrlə bənzər ittihamlar irəli sürülüb, medialaşdırılıb, lakin heç bir ittiham hüquqi sonluqla bitməyib, sadəcə söz olaraq havada qalıb, bir müddət sonra isə unudulub. O, bu halın səbəbləri haqqında da aşağıdakı tezisləri bölüşüb: «Yəni bu cür xəbərlər daima gündəmdə qalmır, sadəcə şantaj xarakteri daşıyır və maraqlar təmin olunandan sonra isə heç nə olmamış kimi həyat davam edir. Bu isə, istənilən beynəlxalq təşkilatın və xarici dövlətlərin sırf maraqları naminə necə çirkin oyun oynadıqlarını göstərir. Biz Azərbaycan hakimiyyətini qınayırıq ki, bir sıra məmurlar dövlət resurslarından, məhkəmələrdən, polisdən və s. öz xeyirlərinə istifadə edir. Görmək lazımdır ki, inkişaf etmiş ölkələr də bunun eynisini, lakin daha qlobal şəkildə və beynəlxalq təşkilatlarından istifadə etməklə həyata keçirirlər. Siz isə dünya ədalətindən danışırsınız, bu yoxdur. Bəs bu milyardlıq ittihamı kim beynəlxalq ictimaiyyətə sızdırıb, bax burası maraqlıdır»...

E. Məcidli yazır ki, məlumat öncə Danimarkanın bir qəzetinə sızdırılıb, daha sonra bu qəzet həmin məlumatları OCCRP təşkilatına göndərib. Sızdıran qaynaq isə açıqlanmır. İttihamlara əsasən, 3 milyard dollara yaxın vəsaitin qərb banklarına köçürülməsində Azərbaycan Beynəlxalq Bankının və onun yan şirkətlərinin böyük rolu olub.

«Məlumatın sızdırılmasının da buradan olduğunu düşünmək olar».

E.Məcidli iddia edib ki, Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş idarə heyətinin sədri Cahangir Hacıyevin və onun qudası Eldar Mahmudovun bu sızdırılmada rol oynadığını düşünənlər yanılmır.

 





06.09.2017    çap et  çap et