Vaxt.Az

Yarım dollar bahalaşdı


 

Azərbaycan neftinin son qiyməti ...

Yarım dollar bahalaşdı CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 58,05 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,54 dollar/barel çoxdur. Bu barədə «Trend»ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 57,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,56 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 3-də 54,75 dollar/barel təşkil edib ki, «Trend»ə görə, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən «Brent Dated» etalon növlü neftin qiyməti isə oktyabrın 3-də 56,33 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur.

 





04.10.2017    çap et  çap et