Vaxt.Az

Hillari Klintonda tromb aşkarlanıb


 

Həkimlər yaxın 48 saat ərzində ABŞ dövlət katibinin ciddi nəzarətdə saxlayacaqlar

Hillari Klintonda tromb aşkarlanıb Hillari Klinton xəstəxanaya yerləşdirilib. Həkimlər onda tromb aşkar ediblər. Bu barə CNN Klintonun köməkçisinə istinadən məlumat verir.«Klinton bazar günü onda tromb aşkar olunduqdan sonra xəstəxanaya yerləşdirilib. Həkimlər trombun əmələ gəlməsini bu yaxınlarda dövlət katibinin beyninin silkələnməsi ilə əlaqələndirirlər», deyə telekanalın məlumatında vurğulanır.
Dekabrın ortalarında Klinton bağırsaq infeksiyası keçirib və nəticədə susuzluq səbəbindən huşunu itirib yıxılaraq beyin silkələnməsi alıb.
Həkimlər yaxın 48 saat ərzində Klintonu ciddi nəzarətdə saxlayacaqlar. Ona qanın laxtalanmasının qarşısını alan dərmanlar veriləcək. Bu barədə dövlət katibinin köməkçisi Filipp Reyns məlumat verib.
Yanvarın sonunda Klinton istefa verməlidir. Onu bu vəzifədə Senatın beynəlxalq əlaqələr komitəsinin başçısı Con Kerri əvəz edəcək.
 





31.12.2012    çap et  çap et