Vaxt.Az

Müzakirəyə 14 məsələ çıxacaq


 

Milli Məclisin ilk iclasının gündəliyi açıqlandı

Müzakirəyə 14 məsələ çıxacaq Fevralın 3-də keçiriləcək Milli Məclisin yaz sessiyasının ilk iclasına 14 məsələ daxildir. Bu haqda Modern.az saytına açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, ilkin olaraq həm İntizam, həm Hesablayıcı komissiyanın tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılacaq.
«O cümlədən yaz sessiyasının qanunvericilik işlər planına bəzi təkliflər də daxildir. Həmçinin müxtəlif hökumətlər - Peru, İsrail, Türkiyə hökumətləri arasında müxtəlif xarakterli saziş layihələrinin ratifikasiyası, «Heydər Əliyev ordeninin təsis edilməsi haqqında» qanun layihəsinə əlavə və dəyişiklər, Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişiklər, Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklər edilməsi müzakirə olunacaq».
 





24.01.2014    çap et  çap et