Vaxt.Az

Ukraynanın daha bir regionunda «yaşıl adamlar»?


 

«Yanukoviçin adamı olan qubernator tez-tez Azərbaycana uçur»

Ukraynanın daha bir regionunda «yaşıl adamlar»? Ukraynanın Sumsk vilayətində Rusiyanın «yaşıl adamları» peyda ola bilər. Virtualaz.org xəbər verir ki, bunu Ali Radanın binasında keçirdiyi mətbuat konfransında vilayətin ikinci ən iri şəhəri olan Konotopun meri, Oleq Tyaqnibokun millətçi «Azadlıq» partiyasını təmsil edən Artyom Semenixin bildirib.

Merin sözlərinə görə buna səbəb qubernator Nikolay Kloçkonun fəaliyyətidir. O, bildirir ki, qubernator keçmiş prezident Viktor Yanukoviçin adamıdır və hazırda Yanukoviçin tərəfdarları Konotop şəhərində vəziyyəti gərginləşdirməklə məşğuldur.

«Konotop banditizmin tüğyan etməsindən, şəhər sovetinə daraşan keçmiş regionalların özbaşınalıqlarından əziyyət çəkir... Bizim xalq artıq yarım ildir ki, regionalların bandasının girovudur. Hazırda biz elə vəziyyətdəyik ki, situasiya hər an nəzarətdən çıxa bilər. Bu isə həmin «nəzakətli adamların» Sumsk vilayətinə yeridilməsi ilə nəticələnər», - mer deyib.

Semenixin deyir ki, Sumsk vilayətinin qubernatoru Rusiya sərhədinə birləşən avtomobil yolunun tikintisindən qazanır və tez-tez Azrbaycana uçur... «Biz vəziyyətin nəzarətdən çıxması təhlükəsi qarşısındayıq», - o deyib.

Qubernator Kloçko isə tez-tez olmasa da ən azından 2015-ci ilin mayında Bakıda rəsmi səfərdə olub. Onun Azərbaycana biznes xarakterli qeyri-rəsmi səfərləri barədə məlumat yoxdur. Qubernator Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovla yaxın münasibətlərə malikdir.

Konotop şəhəri Rusiyanın 60 kilometrliyində yerləşir. Sumsk vilayəti Ukraynanın şimal-şərqindədir, Xarkov vilayəti və Rusiya ilə həmsərhəddir.

 





05.10.2017    çap et  çap et