Vaxt.Az

«Ümid Allahadır»


 

«İki-üç günə yenidən İsrailə gedəcəyik»

«Ümid Allahadır» «Vaqif müəllim hələ ki, burda müalicə olunur. İki-üç günə yenidən İsrailə getməliyik. Vəziyyətinin necə olması barədə heç nə deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, müalicə olunur. Ümid Allahadır, görək necə olur». Bunu Modern.az-a xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova bildirib.
Qeyd edək ki, xalq şairi Vaqif Səmədoğlu xərçəng xəstəliyi üzündən ötən ilin dekabrın 1-dən ayın sonunadək İsraildə müalicə olunub. 
N.Vəkilova həkimlərin təyin etdiyi qrafikə uyğun olaraq yenidən sözügedən ölkəyə getməyin vacib olduğunu qeyd edib.
 





24.01.2014    çap et  çap et