Deputat bildirib ki, təhsil məsələlərinə həsr olunmuş müzakirələrdə erməni deputatlar yenə də mövzudan kənara çıxaraq, Azərbaycanın təhsil sistemində ermənilərin vəhşi və düşmən obrazının yaradılması haqqında böhtan və yalan dolu çıxışlar ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri məsələ ilə bağlı erməni deputatlara layiqli cavab verib.
Azərbaycanın nümayəndə heyətinin üzvləri məhz monoetnik Ermənistanda azərbaycanlıların düşmən kimi qəbul olunduğunu, işğal altındakı ərazilərimizdə cinayətlər törədildiyini və bu ölkədə Zori Balayan kimi faşistlərin qəhrəmana çevrildiyini ATƏT PA üzvlərinin nəzərinə çatdırıb.