Vaxt.Az

Cabbarovun «Sabah»ı


 

Təhsil Naziri dostları ilə birlikdə şərikli futbol klubu yaratdı

Cabbarovun «Sabah»ı Ölkə çempionatının I divizionunda mübarizə aparan «Sabah» «Vətən»in varisi deyilmiş. Təhsil naziri Mikayıl Cabbarovun himayəsində olan klub pilot layihə kimi yaradılıb.

Futbolinfo.az xəbər verir ki, son illər Təhsil Nazirliyi futbola ciddi diqqət göstərir. Bu səbəbdən «Vətən» klubu yaradılıb və yaxşı işlər görülür.

Uşaq futboluna böyük dəstək verən, xeyli yetirməsi olan komanda bu mövsümdən I divizionda yarışmalıydı. Amma son anda Cabbarov başqa klubu yarışa buraxmağı lazım bildi. Təcili olaraq, pilot layihəsi kimi «Sabah» yaradıldı və diviziona buraxıldı, «Vətən» isə yenə fəaliyyətini ayrıca davam etdirir.

Təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbol Federasiyasının prezidenti olan Firudin Qurbanov həm də «Sabah»ın rəhbəridir. Amma klubu Cabbarovu dostlarıyla birgə yaradıb. Əsas işi icraçı direktor Emin Zeynalovun gördüyü «Sabah»ın maliyyəsi də bərabər bölünür – nazir və dostları kluba şərikli sponsorluq edirlər. Bunu saytımıza açıqlamasında klubun meneceri Lətif Novruzov da təsdiqlədi.

Arif Əsədovun baş məşqçi olduğu komanda yeni mövsümdə uğurlu debüt edib. İlk turda «Binə»ni tək qolla yenən bakılılar sabah «Qaradağ Lökbatan»ın qonağı olacaq. Komandanın qarşısına Premyer Liqaya yüksəlmək vəzifəsi qoyulmayıb. Debütant ilk ili formalaşmağa sərf edəcək.

 





06.10.2017    çap et  çap et