Vaxt.Az

«Mən onu yandırdım və yerə qoydum ki, ...»


 

Parlamentə bu dəfə tüstülü şaşka gətirdilər

«Mən onu yandırdım və yerə qoydum ki, ...» Ukrayna parlamenti Ali Rada oktyabrın 6-da Donbassın xüsusi statusu haqda qanunun müddətini bir il də uzatdı, Donbassın Ukrayna tərkibinə reinteqrasiyası və Rusiyanın təcavüzkar hesab edilməsi haqda qanunu isə birinci oxunuşda qəbul etdi.

Qanunlar müzakirə olunan vaxt tribuna yanında dava düşüb, bundan sonra deputat Yuriy Levçenko zalda tüstülü şaşka yandırıb.

O deyib: «Bunu mən yandırmışam, ancaq kim gətirib, deməyəcəyəm. Mən onu yandırdım və yerə qoydum ki, heç kimin başına dəyməsin. Ancaq atmalı adamlar var».

Daxili İşlər nazirinin müşaviri Şkiryak deyib ki, bu şaşka məsələsi ilə prokurorluq məşğul olmalıdır.

Bundan əvvəl Donbassın xüsusi statusu haqda prezident qanunu Radadan geri çağırıldı, işlənərək Rada komitəsinə verildi.

Müzakirələr isə yenə qızğın keçdi.

 





06.10.2017    çap et  çap et