Vaxt.Az
Noutbuk qadağası açıqlaması
«Jurnalistlər zəruri texniki avadanlıqlarla təmin edilib»
«Smartfon və androidlərlə bağlı məlum qərar veriləndə noutbuk və planşetlər də nəzərdə tutulurdu. Ona görə burda yeni heç nə yoxdur».
Bunu noutbukların da parlament binasına buraxılmasına qoyulan qadağa barədə xəbərlərə münasibət bildirən Milli Məclisin Mətbuat katibi Akif Nəsirov «Axar.az»a dedi. A.Nəsirovun sözlərinə görə, jurnalistlərin Milli Məclis binası daxilində kompüter və internetlə təmin edilməsində isə heç bir problem yoxdur:
«Milli Məclis hər zaman jurnalistləri zəruri texniki avadanlıqlarla təmin edib. Məlumatı öz texniki vasitələri ilə göndərmək istəyənlər də smartfon olmayan telefonlardan istifadə edərək peşə fəaliyyətlərini yerinə yetirə bilərlər».
24.01.2014 çap et