Bu sözlər Ermənistan prezidenti Serj Sərkisyana məxsusdur. Virtualaz.org saytı erməni nəşrlərinə istinadən xəbər verir ki, S.Sərkisyan bu sözləri yerli jurnalistlərin suallarını cavablandırarkən deyib.
Azərbaycan ordusunun erməni silahlı qüvvələri üzərindəki hərtərəfli üstünlüyü barədəki informasiyaları şərh edən S.Sərkisyan etiraf edib ki, Ermənistan büdcəsindən orduya ayrılan vəsait o qədər də böyük deyil. Amma o, əlavə edib ki, erməni ordusu silah-sursat sarıdan korluq da çəkmir.
«Ordu elə bir orqanizmdir ki, onun yeni silah-sursata daim ehtiyacı olur. Biz müharibə istəmirik, aydındır ki, bunu istəmirik. Amma əgər bizi buna məcbur eləsələr, döyüşməkdən ayrı yolumuz qalmayacaq. Digər tərəfdən də münaqişəni sülh yolu ilə həll eləmək üçün əlimizdən gələn hər şeyi edirik» - deyə Ermənistan prezidenti bildirib.