Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə bildirilib ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 18-23 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
çap et