«Kim Çen In çox rasional fiqurdur», Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Koreya Mərkəzi rəhbərinin assistenti deyir.
«Gurultulu bəyanatlar bir tərəfə, Kim Çen Inın birləşmiş ABŞ və Cənubi Koreya hərbi qüvvələri ilə üz-üzə gəlmək niyyəti yoxdur», Yonq Suk Li MKİ-nin Vaşinqtonda təşkil etdiyi konfransda bildirib.
«Kim Çen In bütün avtoritar liderlərin istədiyini istəyir – uzun müddət hakimiyyətdə qalmaq və öz yatağında rahat ölmək».
Kəşfiyyatçıların bu növ dəyərləndirməsi ABŞ Prezidenti Donald Trampın bəyanatları ilə təzad təşkil edir.
Bir neçə «Twitter»dəki səhifəsində Tramp Şimali Koreya liderini «Balaca Raket Adamı» və «divanə» adlandırıb.
Li və başqa MKİ rəsmiləri isə hesab edirlər ki, Şimali Koreya liderinin hərəkətlərində «məqsəd aydınlığı» var.
Pxenyanın məqsədi Şimali Koreyanı nüvə qüdrətinə çevirmək və nə vaxtsa ABŞ qüvvələrinin Koreya yarımadasından tamamilə çıxmasını təmin etməkdir.
Kəşfiyyat rəsmiləri belə fərz edir ki, Şimali Koreyanın ardıcıl raket sınaqları rejim üçün müəyyən vaxt qazanmağa və yarımadada öz hədəflərini təqib etmək üçün şərait yaratmağa xidmət göstərir.
«O, bizi öz oyun meydançasından kənarda saxlamaq istəyir», Li əlavə edir.
Eyni zamanda hazırkı və sabiq rəsmilər Pxenyanın hesablamalarda səhvə yol verəcəyindən narahatdırlar.
Belə ki, hazırkı durumda Ağ Ev Şimali Koreya rejimi ilə hər hansı bir danışıqları rədd edir.
«Mümkündür ki, biz konfliktə yuvarlanaq», deyə sabiq ABŞ elçisi Cozef de Trani xəbərdarlıq edir.