Bundan əvvəl Amerika KİV-ləri xəbər veriblər ki, Tillersonla Tramp arasında münasibətlər gərgindir və dövlət katibi bir neçə dəfə istefa vermək istəyib. Habelə Pentaqonda keçirilən toplantıda Trampın xarici siyasət mövqeyindən o qədər qəzəblənib ki, həmkarlarının yanında onun arxasınca biədəb söyüş söyüb və «gicbəsər» adlandırıb.
Tillerson jurnalistlər qarşısında bunu təkzib etməyib, lakin deyib ki, prezidentin komandasının üzvü kimi qalır və istefa vermək fikrində deyil.