GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
***
Bu gün (oktyabrın 8-də) Azərbaycanın müdafiə naziri Zakir Həsənov Belarusa rəsmi səfərə gedir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Z.Həsənov ölkənin hərbi-siyasi rəhbərliyilə görüşəcək, Belarusun hərbi-sənaye müəssisələrinə baş çəkəcək.
Hərbi, hərbi-texniki, hərbi təhsil və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.