Vaxt.Az

Qapılara 6 qol vuruldu


 

«Zirə» «Səbail» oyunu «bərəkətli» oldu

Qapılara 6 qol vuruldu Milli komandaların seçmə mərhələ oyunları ilə əlaqədar Topaz Premyer Liqasında mübarizə aparan daha iki klub bu gün yoxlama matçı keçirib.

VAXT.AZ xəbər verir ki, «Zirə» «Səbail»lə üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qapılara 6 qol vurulub. Sonda meydan sahibləri qələbəyə seviniblər – 4:2.

«Zirə»nin heyətində Riçard Qadze dubla imza atıb. Digər qolları isə David Manqa və Vüsal İsgəndərli rəqib qapısından keçirib. «Səbail»in də heyətində isə Adrian Popoviçi ilə Raul Yaqubzadə fərqlənib.

 





08.10.2017    çap et  çap et