Virtualaz.org xəbər verir ki, bu barədə görüntüləri «Mash teleqram» kanalı yayıb.
Kadrlardan görünür ki, «BMW X5» markalı avtomobil nazirin üzərində «miqalkası» olan avtomobil kortejinin qarşısında hərəkət edir, bu zaman nazirin avtomobili onu ötüb keçmək üçün qarşı hərəkət zolağına çıxır, ancaq BMW avtomobili də eyni vaxtda qarşı hərəkət zolağına çıxır və kortejə maneə olur. Ardınca «miqalkalı» cip onu soldan keçərək qarşısını kəsir, nazirin mühafizəçiləri avtomobildən düşərək sürücünü yerə düşürür və döyür.
Sürücünün hazırda həbsdə olduğu və təcridxanada saxlanıldığı bildirilir. Saxlanılan şəxsin bildirdiyinə görə təsadüfən qarşı hərəkət zolağında nazirin avtomobilinin qarısına çıxıb. Yayılmış kadrlara Dağıstan DİN hələ münasibət bildirməyib. Sosial şəbəkələrdə isə sürücünün qaydanı pozmasına baxmayaraq nazirin cangüdənlərinin onu bu cür döyməsini pisləyənlər çoxdur.