Vaxt.Az

Tam qurumasını gözləmək mütləqdir


 

Avtomobili sudan necə mühafizə etmək olar?

Tam qurumasını gözləmək mütləqdir Son günlər ölkə ərazisində hava şəraiti yağışlı keçdiyindən avtomobil ustalarına içinə və yaxud mühərrikinə su dolduğundan nasazlıq yaranan çoxlu sayda avtomobil gətirilib.

Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislərin belə halla qarşılaşan sürücülərə tövsiyələri var.

Yağışlı havalarda dərin gölməçələrdən keçərkən və yaxud su basma nəticəsində mühərriki və ya salonuna su dolan avtomobillərdə nasazlıqlar yaranır, sürücülər böyük xərcə düşürlər.

Mütəxəssislər isə bildirir ki, bu halla qarşılan sürücülər bəzi nüanslara fikir verərsələr daha az xərclə xilas ola bilərlər. Məsələn, avtomobil suyun içərisindədirsə, onu işə salmaq olmaz, əksə halda ziyan bir neçə dəfə arta bilər.

Sudan çıxarılan maşını sonrakı günlərdə də işə salmaq məsləhət deyil. Bu zaman avtomobilin tam qurumasını gözləmək mütləqdir.

Bu şəkildə sürücü avtomobil elektronik hissələrini mühafizə etmiş olur. Bundan başqa sürücülər gölməçələrdən keçərkən də diqqətli olmalıdır.

Ustaların bildirir ki, yağışlı günlər qabaqda olduğundan sürücülər məsləhətlərə qulaq assalar qışı böyük ziyan görmədən keçirə bilərlər.

 





08.10.2017    çap et  çap et