Məqalədə deyilir ki, iki ölkə arasında əvvəldən də yaxşı olmayan münasibətlər, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş tutmamış çevriliş cəhdinin ardınca repressiyalar kampaniyası aparandan bəri gərginləşib.
Almaniya habelə Türkiyədə alman vətəndaşların həbs edilməsini qətiyyətlə pisləmişdi. Bunun ardınca kansler Angela Merkel Avropa İttifaqını Türkiyə ilə üzvlük danışıqlarını ləğv etməyə çağırmışdı.
Lakin indi gözlənilmədən Çavuşoğlu Almaniyanın «Der Spiegel» jurnalına deyib ki, Berlin və Ankara arasında problemlərin olmasına heç bir səbəb yoxdur.
«Əgər siz bizə doğru bir addım atsanız, biz sizə doğru iki addım atarıq», - deyib son dərəcə barışdırıcı tonla Türkiyənin xarici işlər naziri.
«Münasibətlərin normallaşacağına inanırmı» sualına Çavuşoğlu «Bəli və mən bu istiqamətdə səylər göstərməyə hazıram», deyib.
Bu ilin əvvəllərində Ərdoğan və onun bir neçə siyasi müttəfiqi Almaniyanın hərəkətlərini nasist davranışına bənzətmişdi. Buna səbəb Almaniya hökumətinin Türkiyə nazirlərinə alman şəhərlərində Ərdoğanı təbliğ edən mitinqlər keçirməsinə icazə verməməsi idi.
Nasist bənzətmələrini Türkiyənin «düşmən hərəkətlərə reaksiyası» kimi dəyərləndirən Çavuşoğlu əlavə edib ki, «Almaniya Türkiyəyə ehtiram göstərməyi öyrənməlidir».
Bu arada Almaniya xarici işlər nazirinin müavini Mixail Roz (Michael Roth) «Welt am Sonntag» jurnalına deyib ki, Berlin danışıqlara hazırdır və «münasibətlərin yenidən yaxınlaşacağına inanır».
Bununla belə, siyasətçi deyib ki, Almaniya öz vətəndaşlarının Türkiyədə zindanlara atılmasına sakit baxa bilməyəcək.
«Biz buna bir çarə tapmalıyıq», - deyib nazir müavini.
Sentyabrın 24-də keçirilən Almaniya seçkilərində kansler Merkelin partiyası qalib gəlib və o, dördüncü müddətə kansler seçilib.
Merkel hazırda biznesyönlü Azad Demokratlar və Yaşıllarla koalisiya hökuməti yaratmağa çalışır.
Yeni hökumətdə xarici işlər nazirinin postunu milliyyətcə türk Cem Özdəmirin tutacağı gözlənilir. Burası da var ki, o qatı anti-Ərdoğan mövqeyi tutur.
«Türkiyəyə Almaniyanın xarici işlər naziri olaraq kim səfər etsə, bizə göstərdiyi ehtirama layiq şəkildə qarşılanacaq», - deyib Çavuşoğlu «Der Spiegel» məcmuəsinə. Almaniyanın XİN rəhbəri türk ola bilər…
Anti-Ərdoğançı Cem Özdəmir Angela Merkelin komandasında vacib nazir postu tutacaq
«The Daily Mail» yazır ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki NATO üzvü arasında aylardır davam edən hiddət və gərginlikdən sonra Almaniya ilə münasibətlərin normallaşdırılması istiqamətində çalışdığını bəyan edib.
Məqalədə deyilir ki, iki ölkə arasında əvvəldən də yaxşı olmayan münasibətlər, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş tutmamış çevriliş cəhdinin ardınca repressiyalar kampaniyası aparandan bəri gərginləşib.
Almaniya habelə Türkiyədə alman vətəndaşların həbs edilməsini qətiyyətlə pisləmişdi. Bunun ardınca kansler Angela Merkel Avropa İttifaqını Türkiyə ilə üzvlük danışıqlarını ləğv etməyə çağırmışdı.
Lakin indi gözlənilmədən Çavuşoğlu Almaniyanın «Der Spiegel» jurnalına deyib ki, Berlin və Ankara arasında problemlərin olmasına heç bir səbəb yoxdur.
«Əgər siz bizə doğru bir addım atsanız, biz sizə doğru iki addım atarıq», - deyib son dərəcə barışdırıcı tonla Türkiyənin xarici işlər naziri.
«Münasibətlərin normallaşacağına inanırmı» sualına Çavuşoğlu «Bəli və mən bu istiqamətdə səylər göstərməyə hazıram», deyib.
Bu ilin əvvəllərində Ərdoğan və onun bir neçə siyasi müttəfiqi Almaniyanın hərəkətlərini nasist davranışına bənzətmişdi. Buna səbəb Almaniya hökumətinin Türkiyə nazirlərinə alman şəhərlərində Ərdoğanı təbliğ edən mitinqlər keçirməsinə icazə verməməsi idi.
Nasist bənzətmələrini Türkiyənin «düşmən hərəkətlərə reaksiyası» kimi dəyərləndirən Çavuşoğlu əlavə edib ki, «Almaniya Türkiyəyə ehtiram göstərməyi öyrənməlidir».
Bu arada Almaniya xarici işlər nazirinin müavini Mixail Roz (Michael Roth) «Welt am Sonntag» jurnalına deyib ki, Berlin danışıqlara hazırdır və «münasibətlərin yenidən yaxınlaşacağına inanır».
Bununla belə, siyasətçi deyib ki, Almaniya öz vətəndaşlarının Türkiyədə zindanlara atılmasına sakit baxa bilməyəcək.
«Biz buna bir çarə tapmalıyıq», - deyib nazir müavini.
Sentyabrın 24-də keçirilən Almaniya seçkilərində kansler Merkelin partiyası qalib gəlib və o, dördüncü müddətə kansler seçilib.
Merkel hazırda biznesyönlü Azad Demokratlar və Yaşıllarla koalisiya hökuməti yaratmağa çalışır.
Yeni hökumətdə xarici işlər nazirinin postunu milliyyətcə türk Cem Özdəmirin tutacağı gözlənilir. Burası da var ki, o qatı anti-Ərdoğan mövqeyi tutur.
«Türkiyəyə Almaniyanın xarici işlər naziri olaraq kim səfər etsə, bizə göstərdiyi ehtirama layiq şəkildə qarşılanacaq», - deyib Çavuşoğlu «Der Spiegel» məcmuəsinə.