Vaxt.Az

Dəyişən qoxu


 

Aparıcı ətir brendləri niyə təhlükədədir?

Dəyişən qoxu Bir çox illər ərzində ətir bazarında hakimiyyət «Estee Lauder», «L'Oreal» və «Coty» kimi nəhəng brendlərin əlində olub və kimsə onların bu lider mövqelərinə nəyinsə təhlükə yaradacağını ehtimal belə etməyib.

«Hər kəsdən eyni qoxu gəlir və insanlar böyük brendlərin məhsullarından sıxılmağa başlayırlar. Onlar yeni nəsə istəyirlər», - deyə Londonun yeni parfum brendi «Gallivant»ın təsisçısı Nik Styuard (Nick Steward) belə deyir. O, əmindir ki, alıcılarda digərlərində olmayan, fərdi şeylərə olan həvəs artır.

Nik Styuard öz biznesinə «L'Artisan Parfumeur Paris Dəb evinin kreativ direktoru ilə bir neçə il işlədikdən sonra başlaylb.

«Mən qeyri-adi və maraqlı nəsə etmək istəyirdim, yalnız ən yaxşı materiallardan istifadə edərək bu qayğıdan qurtulmaq istəyirdim», - deyə o bildirib..

Hazırda o öz ətirlərin internet və ABŞ, İtaliya, Almaniya və Avstraliyadakı ixtisaslaşmış pərakəndə satış vasitəsilə satır.

«Gallivant» firmasının məhsullar xətti, yeri gəlmişkən «unisex» kateqoriyasına aiddir. Yəni həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulan ətirlər bu və digər ətirləri yaradan parfüm nümayəndələrini ilhamlandıran müxtəlif şəhərlərin adıyla adlandırılıb.

Məsələn, «Tel-Əviv» və «London» adlı «Toilet water» (tualet suyu) var.

Ətirlər 30 ml-lik flakonlarda qablaşdırılıb. Bu səyahət edənlər üçün bu çox münasibdir və parfüm sənayesində ümumi qəbul olunmuş qab ölçüsündən daha kiçikdir.

Nik Styuard deyir ki, qablaşdırmanın balaca olması onların məhsulunu daha da sərfəli edir və ona tələbatı artırır.

Çünki bu istehlakçıya eyni anda bir neçə ətri almaq və onlardan növbə ilə istifadə etmək imkanı verir.

İstehlakçılar və pərakəndə satıcılar bu ilin əvvəlində buraxılan yeni brendə müsbət yanaşıblar.

Lakin Nik Styuard qazanca gedən yolun asan olmayacağını etiraf etmək məcburiyyətindədir. «Bu, pul qazanmaq üçün çox ağır biznesdir».

O illik dövriyyəsi 27 milyard dollar olan qlobal ətir bazarında özünə yer axtarır. Burda isə «Estee Lauder», «L'Oreal» və «Coty» kimi brendlər liderlik edir.

Bu şirkətlər öz məhsullarını xüsusilə istehlakçılara daha cazibədar etmək üçün Kristen Styuart (Kristen Stewart) və ya Şarliz Teron (Charlize Theron) kimi məşhurlardan istifadə edərək ildə on milyonlarla dollar xərcləyirlər.

Kristen Styuart «Chanel» şirkətinin reklam kampaniyasının ulduzuna çevrilib, Şarliz Teron isə «Dior» üçün «J'Adore» ətrini reklam edib.

Bu cür qlamur reklamları televizorda, kinoda və ya jurnalda görən istehlakçılar bazarlara çıxarılan yüzlərlə ətirdən birini sınaqdan keçirmək çağırışına həvəslə yanaşırlar.

Kim risk etmirsə...

«Fragrances of the World» (Dünya ətirləri) parfüm məhsulları qlobal məlumat bazasının təsisçisi Mixail Edvards (Michael Edwards) deyir ki, ciddi rəqabətə baxmayaraq, bəzi istehlakçılar yenə də təmiz xammaldan hazırlanan ətirlərə üstünlük verirlər.

Eynilə «Gallivant» kimi.

Çünki «Galivant» xüsusi, unikal bir şey təqdim edir. Onun fikrincə, hazırkı sahədə bütün yenilikləri kiçik brendlər edir, böyüklər isə risk etməkdən sadəcə çəkinirlər.

«Böyük brendlər yeni məhsulun daha geniş istehlakçı dairəsi olması üçün neytral bir şey istehsal edirlər», Mixail Edvards belə deyir.

«İnsanlara məxsus ətirlərlə gələcək gənclər xüsusi bir şey istəyirlər. Savadlı marketinq əlbəttə ki həlledici əhəmiyyət daşıyır, lakin şəxsi tövsiyə hardasa daha effektlidir», - Edward deyir.

Bəzi böyük brendlərin bu sənayedə ziyan çəkməsi barədə faktları onun sözləri də təsdiqləyir.

Hətta «Calvin Klein», «Marc Jacobs», «Gucci», «Hugo Boss» и «Chloe» kimi brendlərin məxsus olduğu «Coty» kimi məşhur Nyu-York parfümeriya şirkəti ciddi maliyyə problemləri ilə qarşılaşıb.

Avqust ayında şirkət rüblük hesabatında ziyan etməsi barədə məlumat vermişdi və bu məlumatlar qismən «Gucci Bloom» və «Hugo Boss» «Tonic» kimi yeni ətirlərin daxil olduğu parfümeriya məhsullarnın buraxılmasında yüksək marketinq xərclərində öz əksini tapmışdı.

«Yves Saint Laurent», «Ralph Lauren» və «Diesel» kimi brendlərin satışını həyata keçirən «L'Oreal» şirkəti də ötən rübdə təəccübləndirici satış rəqəmləri barədə məlumat verərək gəlirin azaldığını qeyd edib.

»Mintel» marketinq araşdırma şirkətinin təhlilçisi Rəşidə Xanımın (Roshida Khanom) fikrincə, özünü yeni elan edən parfümeriyaların, yenilərin sənaye nəhənglərini qorxutması elə də asan deyil.

«Chanel» dünyanın ən məşhur parfümeriya istehsalçıalrından biridir.

Ötən il Yeni il qabağı «No5 L'Eau» ətrini satışa buraxan şirkət öz çeşidlərini yeniləyib.

Bu «Chanel» klassik ətrinin yeni versiyasıdır. Gənc nəsil üçün nəzərdə tutulan «No5» ətri satışı 20 faiz qaldırmağa kömək edib.

Bundan başqa ötən ay məşhur fransız şirkəti 15 il ərzində özünün yeni ətrini «Gabrielle»i geniş miqyaslı reklam kampaniyası ilə satışa buraxıb.

Ətir alıcılarını cəlb edən məhz nədir?

Şüşə flakonlar və ya qablaşdırma deyil, ətirdən bilavasitə şəxsən istifadə əvvəlki kimi istehlakçılar üçün vacib məsələdir.

«Fragrances of the World» məlumat kitabının müəllifi Mixail Edvards belə deyir. Onun sözlərinə görə, əksər insanlar ətirlərin qoxusunun «yüngülcə bəyənilməsini» istəyirlər.

Ətir alıcını ilk andan cəlb etməli və alıcını qoxunun vücudunda və dərisində daha uzun müddət qalmasına inandırmalıdır.

«Lakin ətir ilk növbədə sahibini özünü xüsusi hiss etməyə məcbur etməlidir», - o deyir.

Pərakəndə satıçılar ümid edirlər ki, yeni məhsulun buraxılması iki illik «təəccübləndirici satışdan» sonra Böyük Britaniyada ətir sahəsinin yüksək səviyyəyə qaytarılmasına köməklik edəcək, Rəşidə Xanım belə səciyyələndirib.

«Mintel»in qiymətləndirməsinə görə, bu il Böyük Britaniyada satış 1,5 milyard funt sterlinq təşkil edəcək. Bu isə Britaniyanı dünyada Braziliya, ABŞ, Rusiya və Fransadan sonra 5-ci bazar edəcək.

Ekspertin sözlərinə görə, parfümeriya pərakəndə satışın digər sahələri ilə eynidir. O təcrübəli istehlakçıların davranışlarından əziyyət çəkir.

İstehlakçılar mağazada məhsulu sınaqdan keçirir, lakin sonradan onu daha ucuz qiymətə almaq üçün internetə üz tuturlar. İstehsalçılar alıcını öz məhsulunu almağa məcbur etmək üçün şüşəyə və qablaşdırmaya, həmçinin marketinqə daha çox pul xərcləyirlər.

Digər məşhur marketinq üsulu isə məşhurların, məsələn Britni Spirs (Britney Spears), Beyons (Beyonce) və Cenifer Lopez (Jennifer Lopez) kimi tanınmışların adıyla ətir buraxmaqdır.

Lakin görünür bu yol artıq fayda vermir. «Mintel»in qənaətinə görə, istehlakçıların çoxu bu yolu «ucuz hiylə» adlandırırlar.

«Məşhurların adıyla olan ətirlər bir qədər əvvəl olduğu kimi artıq satışa təkan vermir», - Rəşidə Xanım deyir.

Nik Styuard və onun «Gallivant» brendi üçün bu yaxşı xəbərdir.

«Gallivant»ın bəzi qiymətləndiriciləri brendin yerini qoruyub saxlamasına, dostlarının yanında tərifləmələri üçün onun varlığından yalnız onların məlumatlı olmasına üstünlük verirlər.

Lakin Nik Styuardın fikrincə, bu qısa müddət üçün belədir: «Mən sadəcə il ərzində yalnız 5 şüşə sata bilmərəm».

 





09.10.2017    çap et  çap et