Vaxt.Az

GUAM xarici işlər nazirləri kommünuke qəbul edib


 

Elmar Məmmədyarov «Biz müxtəlif iqtisadi layihələrdən danışdıq»

GUAM xarici işlər nazirləri kommünuke qəbul edib Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın yaradılmasının 20 illiyi münasibətilə oktyabrın 7-də Tbilisidə GUAM ölkələri xarici işlər nazirlərinin xüsusi iclası keçirilib.

İclas çərçivəsində kommünike imzalanıb. Sənəddə təşkilat üzvü olan dörd ölkənin sıx əməkdaşlığı davam etdirmək niyyətində olduğu təsdiqlənib. Görüşdən sonra GUAM-ın baş katibi Altay Əfəndiyev ilə qurum üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.

«Biz ümumi strategiyanın tərkib hissəsinə çevrilmiş yeni baxışlardan danışdıq. Bizim ölkələrdə demokratiyanın və iqtisadiyyatın inkişafına xidmət edən açıq dialoqun olması çox vacibdir», Gürcüstanın xarici işlər naziri Mixail Canelidze bildirib.

XİN rəhbərləri GUAM formatında hazırkı və gələcək əməkdaşlığa, həmçinin iqtisadi münasibətlərin və xalqlar arasında əlaqələrin dərinləşməsinə diqqəti yönəldiblər. Onlar ümumi problemlərə, əsasən GUAM ölkələrinin üzləşdiyi ərazi bütövlüyü probleminə toxunublar.

«Bizim ölkələrin ərazi bütövlüyü və suverenliyi pozulub. Bu planda bizim ölkələrin mövqeyi belədir ki, bu, aradan qaldırılmalıdır və bizim suverenliyimizə, beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyümüzə əməl olunmalıdır. Biz müxtəlif iqtisadi layihələrdən danışdıq. Hesab edirik ki suverenliyin möhkəmləndirilməsi rifah və iqtisadiyyatın gücləndirilməsi ilə həyata keçirilməlidir», Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin də diqqəti işğal edilmiş ərazilərə yönəldib.

Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Andrey Qalbur qeyd edib ki, təşkilatın gələcək inkişafı ilə bağlı fəal çalışmaq üçün Moldova gələn il GUAM-a sədrliyin Gürcüstandan ona verilməsini səbirsizliklə gözləyir.

GUAM XİN rəhbərləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşüblər.

 





09.10.2017    çap et  çap et