Tapıntılar Kütahya müzeyinə təhvil verilib.
TANAP yetkililəri qazıntı işlərinin dayandırılması barədə qərar qəbul edib. Əvəzində arxeoloqlar qazıntılara başlayıblar.
Kütahya Müzeyinin rəhbəri Metin Türktüzün bildirib ki, TANAP layihəsinin tikintisi çərçivəsində işlər olduqca ehtiyatlı şəkildə aparılır: «İndiyədək bu bölgədə bir çox bu cür tapıntılar üzə çıxıb. Arxeoloji qazıntılara rast gəlmə ehtimalı yüksək olduğuna görə, TANAP-ın tikintisi ehtiyatla aparılır».