Vaxt.Az

AFFA-nın işinin aynası


 

5 komanda - 5-ci yer, 10 oyun - 10 xal, 8 məğlubiyyət - ...

AFFA-nın işinin aynası Daha bir tsikl bitdi. Milli komandamız hətta tarixinin ən yaxşı nəticəsini qazanmasına baxmayaraq, yenə qrupda 5-ci pilləni tutub, ümidləri boşa çıxardı.

Dünən Almaniyada 1:5 hesabıyla məğlub olan yığma əslində, futbolumuzun güzgüsüdür. Hətta futbolçularımız ən yaxşı oyunlarından birini keçirməklə darmadağın oldular. Maksimumuz budur - əzmkarlıqla müəyyən səviyyəni ortaya qoya bilirik, iş ustalığı göstərməyə, nəticə qazanmağa gəldikdə gücümüz bir hissəyə çatır.

10 xal toplamışıqsa, bu da işlərin yolunda getməsinin, futbolumuzun inkişafının nəticəsi deyil. San Marino hamının udmağa burclu olduğu, həvəskarlardan qurulan komandadır. Bu səbəbdən Robert Prosineçkinin yetirmələrindən danışarkən yalnız qazanılan 4 xaldan bəhs etməliyik.

Bəzi səhvləri olsa da, bu nəticəsizliyə görə xorvat məşqçini, hətta futbolçuları da qınamaq doğru deyil. Problem ölkə futbolunu idarə edənlərin bacarıqsızlığında, işin sistemsiz qurulmasındadı. Uşaq futbolu bərbad durumda, ölkə çempionatında rəqabət yoxdur, peşəkar məşqçi kadrları çatışmır, səriştəli futbol adamları iş başında deyil. Bütün bunları təmin etməli olan AFFA 10 ildir dövlət büdcəsini talayır, əldə olan vəsaiti mənasız layihələrə xərcləyir, inkişaf modelini ortaya qoya təkmilləşdirə bilmir.

Rəqəmlər faciəvidir. Təkcə əsas komanda uğursuz çıxış etsə idi, dərd yarı olardı. Amma faktlar göstərir ki, sabahımız da məhv olunub, hətta ümid yeri də yoxdur. Son 2 həftədə milli komandalarımız 10 oyun keçirib və bunlardan 8-də uduzub, cəmi ikisində heç-heçə edib.

 

A milli komandası

Çexiya 1:2, Almaniya 1:5

 

U-21

Almaniya 1:6

 

U-19

İrlandiya 0:0, Serbiya 1:4

 

U-17 (qızlar)

İslandiya 0:2, İspaniya 0:3, Monteneqro 1:1

 

U-16

Gürcustan 1:5, Gürcustan 1:2

 

Beləliklə, qələbəsiz qalan futbolçularımız 10 oyunda 7 top vuraraq, 30-nu buraxıblar. Nəticə, realıq budur. 10 ilin hakimiyyətinin, maliyyə bolluğunun yekunu belə olmamalıydı. (futbolinfo.az)

 





09.10.2017    çap et  çap et