Vaxt.Az

Qırğızıstanda dövlət çevrilişi cəhdi


 

Prezident Atambayev Rusiyaya səfərini ləğv etdi

Qırğızıstanda dövlət çevrilişi cəhdi Qırğızıstan prezidenti Almazbek Atambayev MDB dövlət başçılarının Soçidə keçiriləcək görüşünə səfərini ləğv edib. Buna səbəb isə respublikada qarşıdan gələn prezident seçkiləri vaxtı bəzi siyasətçilərin qarışıqlıq yaratmaq və dövlət çevrilişinə cəhd etmək planlarının üzə çıxması olub.

Virtualaz.org xəbər verir ki, prezidenti mətbuat xidmətinin məlumatında deyilir ki, çevriliş cəhdini törətmək niyyətində olan siyasətçilərin xaricdən maliyyə dəstəyi alması da müəyyən olunub. Prezident vəziyyətə şəxsən nəzarət etmək üçün səfəri ləğv etmək qərarına gəlib.

Soçidə prezidentlərin görüşü oktyabrın 10-11 tarixlərində keçiriləcək.

 





09.10.2017    çap et  çap et