Vaxt.Az
Nağılbaz müxalifətə qoşuldu
“Rizvan Cəbiyevin imicinə xələl gətirəcək bir iş etmərəm”
Milli Məclisin sabiq YAP-çı deputatı Rizvan Cəbiyevin oğlu, tanınmış reper Anar Nağılbaz müxalifətə qoşulması ilə bağlı mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib. AzVision.az-a açıqlama verən repçi atasının adına xələl gətirəcək addım atmadığını, bundan sonra da Rizvan Cəbiyevin imicinə toxunan işlər görməyəcəyini bildirib:
“Cəmiyyətdə olduğu kimi ailədə də müxtəlif fikirli insanlar ola bilər, ümumi məqsəd isə eynidir, ailənin və cəmiyyətin inkişafı, möhkəmlənməsi üçün. Mən, Rizvan Cəbiyevin imicinə xələl gətirəcək bir iş etmərəm. O ki qaldı sosial mövzulardakı ifalarıma, xatırlasanız 1994-95-ci illərdə belə ölkə başçısı və hakimiyyət nümayəndələri qarşısında mövcud olan problemlərdən oxuyub, mövqe göstərmişəm, ona görə də bu günə qədər hakimiyyət nümayəndələri tərəfindən ciddi qəbul olunmamışam. Rep musiqi növünü yararsız, ifaçılarını isə çox halda narkoman,yaramaz adlandırıb, bu işlərdən bizi soyudublar. Mənim indiyə qədər oxuduğum mahnıların nəticəsində bir çox məsələlər öz həllini tapıb. Mənim fikrim məqsədim ölkəmə, ailəm, cəmiyyətə lazımlı bir kəs olmaqdır”.
25.01.2014 çap et