Vaxt.Az

... Neft yenidən bahalaşır


 

Səudiyyə Ərəbistanı hasilatı azaldır, ...

... Neft yenidən bahalaşır Birjalarda həftənin ilk seanslarında neftin qiyməti bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, «Brent» markalı neft 55,77 dollardan satılır, Qərbi Texas nefti isə 49,42 dollara təklif olunur.

İki marka arasında qiymət fərqinin 7 dollara yaxınlaşması OPEK-in qiymətlərin müəyyənləşməsində aparıcı rolunu bərpa etdiyini göstərir.

Neftin bahalaşmasına iki amil ciddi təsir göstərib. Səudiyyə Ərəbistanı neftin qiymətinə dəstək məqsədilə hasilatı azaltmaqda davam edir. Analitiklər bu prosesin gələn ilin əvvəllərinə kimi stabil davam edəcəyini güman edirlər. Bundan başqa, Ər-Riyad «Saudi Aramco» şirkətinin səhmlərinin 5 faizini satışa çıxarmaq niyyətindədir. Bu addım ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq, neft sektoruna əlavə investisiyalar cəlb etmək məqsədi daşıyır.

Qiymətləri bahalaşdıran digər amil ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayının azalması olub. Həftə ərzində belə buruqların sayı 2 ədəd azalaraq 748-ə düşüb. Bundan başqa, «Neyt» qasırğası səbəbilə Luiziana, Missisipi və Alabama ştatlarında neft emalı müəssisələri fəaliyyətini dayandırıb. Qasırğa artıq zəifləməyə başlayıb, emal müəssisələrinin bu gün fəaliyyətini bərpa edəcəyi gözlənilir.

 





09.10.2017    çap et  çap et