Vaxt.Az

«... Azərbaycan sadiqliyini sübut edib»


 

Amerikalı diplomat: «Əməkdaşlıq etdiyimiz 18 ildə ...»

«... Azərbaycan sadiqliyini sübut edib» ABŞ-ın Azərbaycandakı səfirliyinin İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi Proqramı Dövlət Gömrük Komitəsinin 12 müstəntiqi, həmçinin 5 hakim və 5 prokuror üçün Yayılmanın Qarşısının Alınması üzrə təlim keçirir.

APA TV-nin məlumatına görə, bu gün keçirilən açılış mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini icra edən Karter Vilbör bildirib ki, İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı Azərbaycan hökuməti ilə 1999-cu ildən əməkdaşlıq edir və Azərbaycan kütləvi qırğın silahlarının qeyri-qanuni ticarətinin qarşısının alınmasında sadiqliyini sübut etmiş tərəfdaşdır.

Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov bildirib ki, Azərbaycan kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ABŞ və dünya təcrübəsini öyrənməkdə maraqlıdır.

Təlim ABŞ-ın Daxili Təhlükəsizlik, Ədliyyə və Energetika nazirlikləri Milli Nüvə Təhlükəsizliyi administrasiyası və Ukrayna Nüvə Tədqiqatları üzrə İxracata Nəzarət Administrasiyasının nümayəndələri tərəfindən keçirilir.

Təlim oktyabrın 13-dək davam edəcək.

 





09.10.2017    çap et  çap et