Vaxt.Az

... Sahilə atəş açılacaq


 

Xəzərdə gəmilər həyəcan siqnalı ilə qaldırıldı, ...

... Sahilə atəş açılacaq Rusiya Xəzər dənizində növbəti qəfil hərbi təlimlərə başlayıb. Virtualaz.org xəbər verir ki, Cənub həbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən bu gün səhər Rusiyanın Xəzər donanması qəfil həyəcan siqnalı ilə qaldırılıb. 20-dən çox müxtəlif tipli hərbi gəmi bazalarını tərk edərək dənizə çıxıb və təlim üçün təyin edilmiş rayona doğru istiqamət alıb. Təlimlərdə raket gəmiləri, kiçik raket gəmiləri və artilleriya gəmiləri, habelə desant katerləri iştirak edir.

Gəmilərin heyəti təlimin gedişində dəniz, sahil və hava hədəflərinə müxtəlif tipli silahlardan atəş açacaq. Bundan əlavə gəmilər sutkanın müxtəlif vaxtlarında birgə üzməni sınaqdan keçirəcəklər. Cənub hərbi dairəsi təlimlərin «planlı xarakter daşıdığını» bildirir. Lakin 2017-ci il ərzində Rusiya Xəzərdə bir neçə dəfə belə qəfil hərbi təlimlər keçirib. Rusiyanın Xəzər donanmasının hərbi manevrləri öz intensivliyi ilə Şimal, Sakit Okean və hətta hazırda ən strateji istiqamətə cavabdeh olan Baltik donanmalarının keçirdikləri manevrlərə istinadən daha intensiv xarakter daşıyır. Habelə Rusiya Xəzərdə, Mahaçqala yaxınlığında yeni hərbi dəniz bazası inşa etməyə başlayıb.

 





09.10.2017    çap et  çap et