Vaxt.Az

Ərdoğan Kiyevdə Krım və tatarlar barədə danışacaq


 

Rusiya ilə münasibətləri möhkəmlətməyə baxmayaraq, Türkiyə Ukraynanın da əhəmiyyətini nümayiş etdirir

Ərdoğan Kiyevdə Krım və tatarlar barədə danışacaq Təqribən iki həftə əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Ukraynaya rəsmi səfəri başlayır.

Türkiyə və Ukraynadakı ekspertlərin qeyd etdiyinə görə, Ankara münaqişə vəziyyətində olan ölkələr arasında tarazlıq yaradır.

Ukrayna və Türkiyə prezidentləri administrasiyasından verilən məlumata görə, Türkiyə-Ukrayna Strateji Şurasının iclasında əsas məsələ iqtisadi əməkdaşlıqdır. Lakin danışıqlarda həmçinin Krımın işğal edilməsi və Krım tatarlarının düşdüyü vəziyyət də müzakirə olunacaq.

«Ukrayna ilə strateji əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi məqsədilə yeni əməkdaşlıq yolları müzakirə olunacaq. Bir sıra sənədlər imzalanacaq. Bundan başqa Krım məsələsiylə və bizim tatar qardaşlarımızın düşdüyü vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq», - deyə Türkiyə prezidentinin saytında dərc olunan məlumatda bildirilib.

 

«Kövrək tarazlıq»

 

Sentyabrın sonunda Ankarada Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini qəbul etmişdi. Rusiya informasiya agentliklərinin verdiyi məlumata görə, bu, 2017-ci ildə prezidentlər arasında baş tutan beşinci görüş olub. Türkiyə prezidenti xüsusilə, iki dəfə Rusiyaya səfər edib.

«Türkiyə Kiyevlə olduğu kimi, Moskva ilə də münasibətləri qorumağa cəhd göstərir və o bu tarazlığı qoruyub saxlayır. Bu tarazlıq kövrəkdir və buna ciddi qıcıqlananlar var», - deyə Türkiyənin «Daily Sabah» qəzeti yazıb. Qəzet bunlardan birinin Krım olduğunu qeyd edib.

«Daily Sabah» qeyd edir ki, Türkiyə iki ölkə arasında münaqişənin olmasına baxmayaraq, Rusiya ilə yanaşı Ukrayna ilə də həbi sahədə uğurlu əməkdaşlıq edir.

«Sovet dövründən bu yana Ukrayna hərbi-sənaye kompleksi raket sənayesində əhəmiyyətli ehtiyatlara malikdir. Ukrayna mühərrik və radarlar istehsal edir, Türkiyənin isə məhz buna çox ehtiyacı var. Digər tərəfdən Kiyev NATO-ya daxil olmaq istəyir və rəsmi Ankaranın təcrübəsindən yararlana bilər», - deyə qəzet Türkiyə hərbi eksperti Turan Oğuza istinadən yazıb.

«Eyni zamanda, rəsmi Ankaranın Kiyevin regiondakı başlıca düşməni olan Moskvayla iqtisadi, birgə sənaye layihələri və hərbi sahədə möhkəm əsaslarla inkişaf edən əlaqələri var. Lakin Krımdakı vəziyyət bu üçtərəfli münasibətlərdə acınacaqlı olaraq qalır», - Daily Sabah yazır.

Yaxın Şərq Tədqiqatlar Mərkəzinin direktoru İqor Semivolosun fikrincə, Türkiyə prezidentinin Ukraynaya rəsmi səfəri, Türkiyə-Rusiya münasibətlərini möhkəmlənməsinə baxmayaraq, rəsmi Ankara üçün Kiyevlə sıx münasibətlərin əhəmiyyətlı olduğunu nümayiş etdirməkdir.

«Ukrayna Rusiyanın təsir edə bilməyəcəyi bir çox məsələdə belə münasibətlər qurub. Kiyev üçün Rusiyanın iştirak etdiyi üçbucaqdan çıxmaq çox əhəmiyyətli idi və o bunu etdi», - deyə İqor Semivolos BBC Ukraynaya bildirib.

 

Krım və Türkiyə

 

Rəsmi Ankara dəfələrlə Ukraynanın suverenliyini dəstəklədiyini bəyan edib.

«Türkiyə daima Ukraynanın ərazi bütövlüyünü təsdiqləyir və dəstəkləyir. Kiyevdə Rəcəb Tayyib Ərdoğan çox güman ki, Krım tatarlarına təzyiqlər barədə konkret misallarla danışmayacaq, lakin ümumilikdə yerli əhalini dəstələkləyən bəyanatın veriləcəyini gözləmək olar», - deyə İqor Semivolos bildirib.

Krım tararlarına münasibət və onların dəstəklənməsi barədə Ərdoğan oktyabrın 1-də milli məclisin iclasındakı çıxışında xatırladıb.

«Biz Yəməndə baş verənlərə necə etinasız qala bilərik? Biz Əfqanıstan, Pakistan və Hindistanı necə «yad» hesab edə bilərik, əgər hər küncdə bizim əcdadlarımızın izi varsa? Biz Rakxaynda (Myanmarın ştatı), Türkistanda və Krımdakı təqiblərdən necə üz döndərə bilərik?», - deyə Türkiyə lideri bildirib.

Krım tatarlarının lideri Mustafa Krımoğlu iyul ayında Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşüb.

O zaman Krım tatar məclisinin mətbuat xidməti Türkiyə liderinin «Krım tatar xalqını etirazsız dəstəklənəcyinə əmin etdiyini» və «Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün toxunulmazlığına dair mövqeyinin sabit qaldığını» yazmışdı.

 





09.10.2017    çap et  çap et