Vaxt.Az
Sanki «Gestapo»dan çıxıblar
«S.S»çilər Bakıda sakinlərə hücum edib evlərini dağıtdı
Bakının Nərimanov rayonu, Möhsün Sənani küçəsindəki bir qrup sakinin evləri «Evrostroy-SS» adlı şirkət tərəfindən zorakılıq tətbiq olunmaqla sökülüb. Sakinlərin bəzilərinin ev əşyaları da dağıntılar altına qalıb. Bakı Apellyasiya Məhkəməsi həmin ərazidə yerləşən üç evin sökülməməsi barədə avqust ayında qərar çıxarsa da şirkət bu qərara məhəl qoymayıb. Söküntü zamanı şirkətin qoluzorluları ilə sakinlər arasında qarşıdurma olub. Ev sahiblərindən birini sürüyərək evindən çıxarıblar və evini dağıdıblar. Yaşlı qadınlar da şirkətin işçiləri tərəfindən təhqir olunub.Sakinlərin danışdıqlarından məlum olur ki, cəmi bir il əvvəl
fəaliyyətə başlayan «Evrostroy-SS» adlı şirkət onların evinin yerində tikdiyi
çoxmərtəbəli binadan sakinlərə mənzil vəd edir. Lakin evlərin sökülməsindən
sonra sakinlərin yerləşdirilməsinin qeydinə qalan yoxdur. O cümlədən heç kimin
tanımadığı, Bakıda növbəti söküntü kampaniyasının meydana çıxardığı bu şirkət
müflis olarsa və tikintini başa çatdıra bilməsə, yaxud sadəcə olaraq sakinləri
aldadıb aradan çıxarsa onların dağıdılmış evlərinin əvəzini kim verəcək? Axı Nərimanov
rayon İcra Hakimiyyəti sakinlərlə şirkət arasında imzalanan müqavilədə təminatçı
tərəf kimi çıxış etmir.
10.10.2017 çap et