Vaxt.Az

Bina uçdu 2 nəfər öldü


 

Uçqun altda qalan maşının içərisindən çıxarılan yaralılar xəstəxanaya aparılarkən ambulansda keçinib

Bina uçdu 2 nəfər öldü Bu saatlarda Bakıda faciə baş verib. Musavat.com-un məlumatına görə, Heydər Əliyev prospektində, metronun «Nəriman Nərimanov» stansiyasına yaxın ərazidə sökülməkdə olan bina qəfildən uçub. Hadisə şahidləri musavat.com-a deyib ki, əslində bina həyətə doğru uçurulmalıymış. Ancaq yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu iddia edilir.
Son məlumat da budur ki, uçqunun altında piyada hərəkət edən vətəndaşlardan da var. Bu faktı FHN də təsdiq edib. Hazırda xilasedicilər hadisə yerindədir. 
Əməkdaşımızın verdiyi xəbərə görə, beton plitələr və daşlardan ibarət uşqun iki maşının üstünə düşüb. Maşınlar tam yararsız vəziyyətdədir. Onun içindən iki gənc adamın meyitinin çıxarıldığı bildirilib. Bu şəxslər yolun kənarında maşının içində dayanıblarmış. Ancaq polislər maşınlara yaxınlaşmaq istəyən jurnalistlərə işləmək imkanı yaratmırlar. 
Yol açılıb.

***

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, leytenant Dövlət Şükürovun APA-nın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar.
Məlumata görə, FHN-nin əməkdaşlarının xilas etdiyi iki kişi ağır yaralı vəziyyətdə təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər.
Nərimanov rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində ölənlərin şəxsiyyəti hələlik müəyyənləşməyib.

***

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində ölənlərin kimliyi məlum olub.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bunlar Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur. 
Bina uçan zaman həmin şəxslər yaxınlıqda dayanan “Mitsubishi Pajero” markalı avtomobildə olublar. Avtomobilin sürücüsü C. Bayramlı olub.  
 





25.01.2014    çap et  çap et