Yer kürəsində oktyabrın 13-14-də maqnit qasırğası gözlənilir. APA TV-nin məlumatına görə, bu barədə Rusiyanın «Fobos» hava mərkəzi məlumat yayıb.Yaxın günlərdə günəş küləyinin yeni həddə çatması maqnit qasırğasına səbəb olacaq. Bununla əlaqədar oktyabrın 11-12-də, həmçinin oktyabrın 15-də yerin maqnit sahəsində həyəcanlaşma qeydə alınacaq.
Bu günlərdə rabitə və elektronika avadanlıqlarının işində kəsintilər, texnogen qəzalar və fəlakətlərin baş verməsi ehtimalı var.
Mütəxəssislər bu günlərdə meteohəssas insanlarda narahatlıq hissi yaranacağı barədə də xəbərdarlıq ediblər.
çap et