Moskva Arbitraj Məhkəməsi oktyabrın 11-də azərbaycanlı biznesmen Telman İsmayılova məxsus OOO «Praqa-AST» qrupunu bankrot elan edib.Biznesmenə məxsus AST qrupuna daxil olan bu quruma
Moskvadakı «Praqa» restoranı daxildir.
Onun banka 20 milyard rubladək kredit borcu var idi.
Telman İsmayılov 1956-cı ildə Bakıda anadan olub. Rusiyada «AST» Şirkətlər Qrupunu yaradıb. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu «Mardan Palace» otelini və İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.
Biznesmen artıq «Mardan Palace» otelini satıb.
«Praqa» restoranının satışa çıxarılması isə onun əlində qalan sonuncu əmlak hesab olunur.
Moskvadakı keçmiş «Çerkizov» bazarının sahibi Telman İsmayılov milyarder idi.
çap et