Azərbaycanlı fəalın hansı səbəbdən məhkəməyə çağırıldığı məlum deyil. Çağırış vərəqəsində bildirilib ki, «izahat vermək və dəlil gətirmək» üçün məhkəməyə müraciət edilsin.
Tanınmış fəalın hal-hazırda bağlanılmayan məhkəmə işi olmadığı üçün, onun avqust ayında Beynəlxalq Ana Dili Günü mərasimi ilə əlaqədar saxlanılan 30 fəalla birlikdə üzləşdiyi yeni ittihamlarla əlaqədar məhkəməyə çağırıldığı ehtimal edilir. Qeyd edək ki, A.Lisani və digər fəallar son məhkəmə iclasında müdafiə mətnini türk dilində yazıblar.
Tanınmış milli-mədəni fəal A.Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb, o uzun illər məhbus həyatı yaşayıb.