Vaxt.Az

QMİ hərəkətə keçdi


 

«Azərbaycanda vəhhabilərlə bağlı kəskin sənəd hazırlanır»

QMİ hərəkətə keçdi Son vaxtlar KİV-də azərbaycanlıların Suriyada döyüşlərdə öldürülməsi, vəhhabilərin çoxalması, həmçinin dinə qarşı çıxanlarla bağlı məlumatlar yerləşdirilir.
Bununla bağlı «Xeberdar.az» saytı  QMİ-nin sədr müavini, Bakı İslam Universitetinin rektoru,  Hacı Sabir Həsənli ilə əlaqə saxlayıb. Hacı Sabir açıqlamasında deyib: «Kimin bizə qarşı nə müsahibə verməsi ilə bağlı məlumatım yoxdu, amma baş verən son hadisələrlə bağlı  QMİ-si tərəfindən bir sənəd hazırlanır. Qeyd edim ki, son vaxtlar baş verən Suriya məsələləri, eyni zamanda vəhhabilərlə bağlı çox kəskin bir sənəd hazırlanır. Gələn həftə bu sənəd KİV-ə təqdim olunacaq. Hal - hazırda bununla bağlı müəyyən işlər görülür. Bir daha deyirəm ki,  bu sənəd çox kəskin məzmuna  malik olacaq».
 





25.01.2014    çap et  çap et