Vaxt.Az

Maqnit qasırğası başladı


 

Daha çox harada hiss olunacaq?

Maqnit qasırğası başladı Dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb və G1 səviyyəsindədir. Bu barədə «Trend»ə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

E.Babayevin sözlərinə görə, geomaqnit indeksi Kp-nin qiyməti artıq 5-ə çatıb: «Qasırğa gün ərzində davam edəcək. Günəş plazma küləyinin sürəti artıq 400 km/san-dir və getdikcə artmaqdadır.

Planetlərarası maqnit sahəsinin Z komponentinin cənuba doğru yönəlməsi həyəcanlaşmanı daha da artırır. Budəfəki qasırğa yuxarı en dairələrində daha çox hiss ediləcək».

Qeyd edək ki, artıq ötən gündən Yerdə güclü maqnit qasırğası başlayacağı barədə xəbər verilib. Məlumata görə, maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.

Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.

 





11.10.2017    çap et  çap et