Vaxt.Az

«Kompüter problemi həll olunacaq»


 

Milli Məclis jurnalistləri sakitliyə çağırdı

«Kompüter problemi həll olunacaq» «Milli Məclisin iclaslarını işıqlandıran jurnalistlərin kompüter problemi həll olunacaq». Bunu azvision.az-a açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
Onun sözlərinə görə, parlamentdə jurnalistlər üçün nəzərdə tutulan otaqda yeni kompüterlər quraşdırılacaq: «Mən rəsmi olaraq deyirəm ki, kompüter məsələsi həll ediləcək. Jurnalistlər üçün olan otaqda kompüterlərin sayı bir neçə dəfə artırılacaq. Onlar üçün şərait yaradılacaq».
A.Təvəkküloğlu həmçinin əlavə edib ki, komitə iclaslarında kompüter otağı jurnalistlərin ixtiyarına veriləcək.
«Komitə iclasları üçün də həmin otaqla bağlı indi hazırlıq gedir və jurnalistlər otaqda işləyə biləcək»,-deyə Akif Təvəkküloğlu əlavə edib.
 





25.01.2014    çap et  çap et