Vaxt.Az

«... Bakı-Tiflis-Qars isə hazırdır»


 

Cavid Qurbanov: «Astara-Astara dəmir yolu yaxın günlərdə bitəcək, ...»

«... Bakı-Tiflis-Qars isə hazırdır» Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi tam yekunlaşıb. Virtualaz.org bildirir ki, bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.

C.Qurbanov bildirib ki, bu ayın sonunda dəmir yolunun istismara verilməsi mərasimi keçiriləcək.

Cavid Qurbanov onu da deyib ki, bu ilin noyabr ayında Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttində yük qatarlarının hərəkətə başlaması nəzərdə tutulub: «Regionda daha bir önəmli beynəlxalq layihələr Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləridir. Hazırda «İran Dəmir Yolları» ilə Astara-Astara dəmir yolunun inşası reallaşdırılır. Burada işlərin yaxın vaxtlarda bitməsi planlaşdırılır. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb. Astara çayı üzərindən dəmir yolu körpüsü hazırdır».

 





12.10.2017    çap et  çap et