Vaxt.Az
«Günahkar» «qaralar»dır
Moskvada hamilə qızın öldürülməsinə görə iğtişaşlar başlaya bilər
Moskvanın Qərbi Biryulevo rayonunda bu dəfə 17 yaşlı hamilə qızın öldürülməsinə görə iğtişaş təhlükəsi yaranıb. Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu cinayət hadisəsinə görə əhalini «xalq toplantısı»ına yığışacağına dair məlumatlar yayılır.
Xatırladaq ki, ötən ilin oktyabrında Biryulevo rayonunda Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən törədilmiş qətlə görə iğtişaşlar olmuşdu və bu hadisə Rusiyada miqrantlara qarşı kütləvi təqiblərin başladılması üçün istifadə edildi.
Biryulevo rayonunun 17 yaşlı sakini Anastasiya Moskovkina yanvarın 21-də öldürülüb. O, iki aylıq hamilə imiş. Bəzi KİV-lərdə belə xəbər yayılıb ki, qızın qatili Rusiyanın cənubundandır. Bu da yerli əhali arasında qafqazlılara qarşı yeni nifrət dalğasının yaranmasına səbəb olub.
Digər KİV-lər isə xəbər verir ki, qızı 25 yaşlı slavyan mənşəli şəxs öldürüb. Anastasiya Moskovkina yüngül əxlaqlı həyat tərzi keçirirmiş və öldürüldüyü gün hansısa oğlanla saunadan çıxarkən görüntülənib.
Qətl hadisəsindən qəzəblənən yerli əhali Biryulevo rayonu hakimiyyət orqanlarının izahat verməsini tələb etməyə hazırlaşır. Gözlənilən aksiya ilə bağlı təhlükəsizlik təbirləri gücləndirilib, polis gəncləri saxlayır və sənədlərini yoxlayır. Avtobuslarda isə OMON-çular gözləyir.
25.01.2014 çap et