Bununla da «Forbes» jurnalının siyahısında varidatına görə ölkəsində altıncı yeri tutan V.Ələkbərov Qərbin Rusiyaya qarşı sanksiyalarının ləğvi prosesinin son dərəcə çətin olacağına işarə vurub.
V.Ələkbərov Ukrayna hadisələrinə toxunaraq, o ərəfədə Vaşinqtonda həmin məsələ ilə məşğul olan məmurun ona sanksiyalar barədə xəbərdarlıq etdiyini də xatırladıb: «O mənə dedi ki, ölkənizin bu istiqamətdə atacağı addımlar cavabsız qalmayacaq. Mən də cavabımda dedim ki, ölkəm sizi heç vaxt işsiz qoymaz».
«LUKoil» prezidenti neftin qiymətləri barədə də danışaraq, göstəricinin 1 barel üçün 100 dollar səviyyəsinə qayıtmasını istəmədiyini qeyd edib: «Biz istəyirik ki, ən azından növbəti 10 il üçün qiymətlər 55-60 dollar səviyyəsində qalsın. Bu fakt həm hasilatçılar, həm də idxalçıların ürəyincədir».