Vaxt.Az

«İnşaat başa çatır, ...»


 

«... gələn il istehsala başlayırıq»

«İnşaat başa çatır, ...» Hazırda Karbamid zavodunda inşaat işləri başa çatmaq üzrədir. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Beynəlxalq Neft Sammitində deyib.

R.Abdullayev qeyd edib ki, ölkədə qeyri-neft sektoru sürətlə inkişaf edir: «SOCAR da bu inkişafa dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də Karbamid zavodunun inşasıdır. Layihənin əsas məqsədi SOCAR-ın təbii qaz resurslarından xammal kimi istifadə etməklə ölkədə kənd təsərrüfatının azot gübrəsinə tələbatını ödəmək və əlavə ixrac potensialı yaratmaqdan ibarətdir. Hazırda zavodda inşaat işləri başa çatmaq üzrədir. Gələn il istehsala başlamağı planlaşdırırıq».

 





12.10.2017    çap et  çap et