Almaniya mediasında yer alan xəbərlərə görə, «Lufthansa»nın İcraçı Direktoru Karsten Spor (Carsten Spohr), Berlində verdiyi açıqlamada «Lufthansa»nın, iflas edən hava yolu şirkəti «Air Berlin»i 81 təyyarəsi və 3 min əməkdaşı ilə satın alacağını deyib.İki hava yolu şirkətinin satınalma müqaviləsini bu gün Berlində imzalayacağını bildirən Spor, «Bu gün bir neçə saat ərzində imza atacağımız böyük gündür», - ifadəsini istifadə edib.
Spor, satınalma razılaşması ilə rəqabətin Avropa və dünya miqyasında intensiv xarakter alacağını, bilet qiymətlərində daha da azalma olacağını qeyd edib.
çap et