Vaxt.Az

«Barselona» «Nou Kamp»ı satır


 

200 milyon qiymət qoyulub

«Barselona» «Nou Kamp»ı satır «Barselona»nın ev oyunlarını keçirdiyi «Nou Kamp» stadionuyla bağlı planları var. VAXT.AZ xəbər verir ki, Kataloniya təmsilçisi 2021/22-ci il mövsümünün sonunda arenanın tutumunu 105 minə çıxarmağı planlaşdırır. Bundan əlavə, stadiondakı VİP lojada yerlərin sayının artırılması və arenanın üstünün yeni örtüklə bağlanması da plana daxildi.

İspaniyanın «Sport» nəşrində yer alan xəbərə görə, «Barsa» uzun illərdən sonra ilk dəfə «Nou Kamp» stadionunun adını dəyişməyi də planlaşdırır. Belə ki, stadionun adınının 200 milyon avro qarşılığında sponsorlardan birinə satılması nəzərdə tutulub.

Xatırladaq ki, son illərdə stadionların adının sponsorlara satılması geniş yayılıb. İngiltərə Premyer Liqa klublarından 20-dən 8-i bu cür addım atıb.

 





12.10.2017    çap et  çap et