Vaxt.Az

Kim Krımı tanıdı?!


 

Şimali Koreyadan Rusiyaya ayı xidməti

Kim Krımı tanıdı?! Şimali Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə oktyabrın 12-də Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.

«Respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır. KXDR hesab edir ki, ümumxalq səsvermə beynəlxalq normalara uyğun keçirilib», - məlumatda deyilir.

Səfirlikdə əlavə ediblər ki, rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib.

 





13.10.2017    çap et  çap et