Vaxt.Az

«Biz onları doğru yola dəvət edəcəyik»


 

«Olmayan inam daha da itir»

«Biz onları doğru yola dəvət edəcəyik» Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Freedom House» və «Human Rights Watch» təşkilatlarının bu günlərdə Azərbaycanla bağlı yaydığı hesabatı şərh edib.
PA-nın şöbə müdiri Ə.Həsənov Publika.Az-a açıqlamasında deyib: «Son 6-7 ildir ki, «Freedom House» və «Human Rights Watch» təşkilatları subyektiv mülahizələrini Azərbaycanın daxili inkişafı, vətəndaş cəmiyyəti quruculuğu və ictimai-siyasi münasibətləri ilə bağlı real həqiqət kimi təqdim etməyə çalışırlar. Dəfələrlə bu təşkilatların rəhbərlərinə Azərbaycanın rəsmi dairələri, qeyri-hökumət təşkilatları , siyasi partiya və mətbuat nümayəndələri öz etirazlarını bildiriblər və onları bu qərəzli yanaşmadan əl çəkməyə çağırıblar. Ancaq çox təəssüf edirik ki, həmin təşkilatlar bu siyasətlərini yenə də davam etdirirlər. Bu siyasət təkcə Azərbaycanın imicinə deyil, eyni zamanda həmin təşkilatların öz imiclərinə də ciddi xələl gətirir. Çünki insanlar real Azərbaycanla həmin təşkilatların təqdim etmək istədiyi «Azərbaycan» arasındakı uyğunsuzluğu görəndən sonra onlara olmayan inam daha da itir.
Odur ki, biz hər iki təşkilatın sözügedən subyektiv mülahizələrini qərəzli yanaşma və müxtəlif məqsədlər üçün Azərbaycan hakimiyyətinə və dövlətinə olan təzyiq kimi dəyərləndiririk. Biz indiyədək həmin təşkilatlara rəsmi müraciət ünvanladığımız kimi, yenə də müraciət edib onları doğru yola dəvət edəcəyik».
 





25.01.2014    çap et  çap et