Vaxt.Az

Quldur «Quska»nın arzusu


 

«Dazbaşlar»ın başçısı ölkə başçısı olmaq istəyir

Quldur «Quska»nın arzusu Milli Məclisin keçmiş deputatı, 90-cı illərin ən məşhur kriminal iş adamlarından biri Hüseyn Abdullayev Azərbaycandakı növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. Qeyd edək ki, iqtisadi cinayətlərdə ittiham edilən H.Abdullayev hazırda ədalət məhkəməsindən Almaniya ərazisində gizlənir.

Siyasi-kriminal dairələrdə «Quska-Maxno» ləqəbi ilə tanınan H.Abdulayev uzun illər ərzində müxalifətçilərə və liberallara, jurnalistlərə və siyasi xadimlərə hücumlar gerçəkləşdirən «dazbaşlar»ın qeyri-qanuni kriminal dəstələrinə başçılıq edib.

«Quska-Maxno» aksiyaların dağıdılmasında, bəzi oliqarxların xoşlamadığı ictimai xadimlərin döyülməsində fəal iştirak edib. Lakin hüquq-mühafizə orqanlarının özünə sərf etməyən sualları ilə qarşılaşan kimi H.Abdulayev özünə qarşı qaldırılmış cinayət işini siyasiləşdirərək, ölkədən qaçmağa məcbur olub. «Quska-Maxno» müxalif Milli Şuranı dəstəkləyib və uzun illər ata adlandırdığı hazırkı prezidentə qaresi çıxıb. İndi isə, tamamilə ağlını itirərək, seçkilərdə iştirak etmək istədiyini bildirir. Qeyd edək ki, H.Abdullayev natamam orta təhsillidir.

Beləliklə, Rəsul Quliyevdən sonra Quska 2018-ci ilin prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirmiş ikinci namizəddir.

 





13.10.2017    çap et  çap et