Vaxt.Az

ABŞ yeni silah hazırladı


 

Rusiya bunu özü üçün təhlükə adlandırdı

ABŞ yeni silah hazırladı «ABŞ ani qlobal xarakterli zərbələr endirilməsi məqsədilə komplekslər hazırlayır. Onların əsas özəlliyi qeyri-nüvə təchizatı ilə də strateji nüvə qüvvələrinin tapşırıqlarını icra edə bilməsidir».

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Yemelyanov verib. O, həmçinin aşağı orbitallı peyk sistemi sayındakı artımın ABŞ Raket Hücumundan Müdafiə Qüvvələrinin informasiya imkanlarını artıracağını qeyd edib.

«2022-ci ilədək ABŞ-dakı müvafiq qüvvələrin balansında 1000 analoji sistem olacaq ki, bu da Rusiyanın kontinentlərarası raketlərinin sayından çoxdur. Bu fakt ölkəmizin raket hücumundan müdafiə potensialı üçün təhlükədir», - A. Yemelyanov belə deyib.

Bununla belə nazirlik rəsmisi Rusiyanın Rumıniya və Polşadakı radiolokasiya stansiyaları, eləcə də sualtı gəmilər vasitəsilə ölkə səmasını effektiv şəkildə müdafiə etdiyini vurğulayıb.

Qeyd edək ki, hazırda ABŞ-ın arsenalında 30 ədəd GBİ, 130 «Standard-3», habelə 150 ədəd raket əleyhinə müdafiə kompleksi var.

 





13.10.2017    çap et  çap et