Azər Qasımlı bildirib ki, daha əvvəl yer üçün paytaxtdakı bir neçə hotelə müraciət etsələr də, müsbət cavab almayıblar.
REAL-çının dediyinə görə, qurultaya xarici qonaqlar dəvət olunmayıb: «Amma bir çox səfirin iştirakını gözləyirik. Yerli siyasi təşkilatlardan da qonaqlar olacaq».
2008-ci ildə yaradılmış REAL Hərəkatının partiya quruculuğu üzrə təşkilat komitəsi 2016-cı ilin martında elan olunub.
REAL-ın 47 yaşlı lideri İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.
Nizamnamə layihəsində Respublikaçı Alternativ Partiyasının (qısa adı REAL Partiya olacaq) ali orqan kimi Məclis nəzərdə tutulub, partiyanın cari fəaliyyətinə isə İdarə Heyəti rəhbərlik edəcək.